HAQQIMIZDA

Bu bölmədə siz APA GROUP barədə ətraflı məlumat əldə edə bilərsiniz.

“APA GROUP” MMC bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur. Holdinqin yaradılmasında məqsəd vahid media strukturunun yaradılması, bu struktura daxil olan media qurumlarının operativ, çevik, koordinasiya edilmiş fəaliyyətinə nail olmaqdır. Holdinqə “Azəri-Press” Agentliyi (APA) MMC, “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC və “APA SERVİS” MMC, "APAmark" MMC daxildir. “APA Servis” MMC-nin tərkibində APA TV internet televiziyası, “Lent.az” İnformasiya Agentliyi MMC-nin tərkibində “Kulis.az” və “Ailəm.az” törəmə strukturları fəaliyyət göstərir. APA GROUP-un əsas fəaliyyət istiqamətləri informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsidir. APA GROUP Direktorlar Şurası tərəfindən idarə olunur, qərarların qəbul edilməsi səlahiyyətinə sahib olan Direktorlar Şurası holdinqə daxil olan qurumların rəhbərlərindən formalaşdırılır. Direktorlar Şurasının sədri Nurşən Quliyevdir. Holdinqin gündəlik fəaliyyətinə isə icraçı direktor rəhbərlik edir. İcraçı direktor Vüsalə Mahir qızı Abışovadır. APA GROUP-da Həmkarlar İttifaqı yaradılıb. Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb. Şirkət, “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir. APA GROUP 3 oktyabr 2012-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
APA GROUP, Azərbaycan informasiya sektorunu operativ, qərəzsiz və tərəfsiz xəbərlərlə zənginləşdirmək, bu sektora yeni trendlər gətirmək məqsədilə yaradılıb. APA GROUP oxucu və tamaşaçının xəbər ehtiyacını qarşılamaq üçün insan resurslarını və texnoloji infrastrukturunu inkişaf etdirib. Bu gün ölkəmizdə media sahəsi üzrə ixtisaslaşan gənc, bacarıqlı və təşəbbüskar insan kapitalı formalaşmaqdadır. Bu da özü-özlüyündə ölkə mediasında inkişafı təşviq edən faktor sayılır. İnsan kapitalının real bazar iqtisadiyyatına qatdığı dəyər, ümumilikdə bu istiqamətdə inkişaf potensialını daha da artırmaqdadır. Bu paralel inkişafın media bazarında da hiss olunması üçün oxucu kütlәsinin vә dolğun xəbər istehsalının hәcmini arzu olunan sәviyyәyә çatması lazımdır. Azərbaycanın ən operativ media qurumlarından olan APA GROUP, hər kəsin dolğun məlumat almaq haqqının olduğunu yaxşı anlayır və bu sahədə bütün gücünü səfərbər edir. APA GROUP məqsədi Azərbaycanda və dünyada oxucu sayını artırmaq və insanlarda keyfiyyətli media mənbələrinə olan marağı formalaşdırmaqla ölkənin ən çox istinad edilən media qurumu adını qoruyub saxlamaqdır. APA GROUP bütün əməkdaşları bu məqsədə yönəlmiş fəaliyyətini davam etdirir və davam etdirəcəkdir.

Vüsalə Mahirqızı

director

Baş Direktor

Vüsalə Mahirqızı

director

Baş Redaktor

Nurşən Quliyev

director

APA.AZ - Baş redaktor

Nurşən Quliyev

director

Vesti.az - Baş redaktor

Araz Zeynalov

director

Kulis.az - Baş redaktor

Şərif Ağayar

director

Lent.az - Baş redaktor

Qabil Rüstəmov

director

Apasport.az - Baş redaktor

Tahir Hümbətov

director

APA TV - Baş redaktor

Cavid İsmayıl

APA HOLDİNG ƏMƏKDAŞLARI ÜÇÜN PEŞƏ DAVRANIŞ KODEKSİ
  1. Jurnalist söz və ifadə azadlığına, ictimaiyyətin həqiqəti bilmək hüququna hörmətlə yanaşır.
  2. Jurnalist yalnız fakta əsaslanan məlumatı yaymalı, onu gizlətməməli və ya əldə etdiyi informasiyanı saxtalaşdırmamalıdır.
  3. Jurnalist qeyri-dəqiq və ya yanlış informasiya yaydığını bildiyi andan onu düzəltmək üçün əlindən gələni etməlidir.
  4. Məlumatın mənbəyi məxfi qalmaq istədikdə onun bu hüququnu qorumaq jurnalistin peşə borcudur.
  5. Jurnalist irqi, cinsi, dini, etnik, siyasi və sosial mənşəyə görə ayrı-seçkiliyə yol verməməli, bunun qarşısının alınması üçün səy göstərməlidir.
  6. Aşağıdakılar jurnalist üçün ciddi peşə xətaları hesab olunur: plagiat, böhtan, qərəzli, əldə edilmiş informasiyanı yaymaq, yaxud yaymamaq pul almaq, şəxsi həyata müdaxilə.
  7. İctimaiyyətə məlum olmamışdan əvvəl jurnalist əldə etdiyi informasiyanın ədalətsiz və qərəzli olduğunu bilirsə, bu informasiyanı yaymamalıdır.
  8. Müəssisə rəhbərinin icazəsi olmadan qurumun adından təmsilçiliyə, mediada çıxışlara yol verilmir.
  9. Jurnalist mənsub olduğu kollektiv daxilində iş yoldaşlarına hörmətlə yanaşmalı, davranış qaydalarına əməl etməli, işgüzar mühitə xələl gətirən əməllərə yol verməməli, subordinasiya normalarını gözləməlidir.