MÜKAFATLAR

APA-nın əməkdaşı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən mükafatlandırılıb

14 May 2017

Paylaş

inner

APA İnformasiya Agentliyinin Moskva müxbiri Fərid Əkbərov Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycan Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyeva tərəfindən mükafatlandırılıb. APA-nın əməkdaşı AMOR-un fəaliyyətinin işıqlandırılmasına görə diploma layiq görülüb. Diplom AMOR-un Moskvada keçirilən VII Forumunda təşkilatın sədri Leyla Əliyeva tərəfindən Fərid Əkbərova təqdim edilib.