MÜKAFATLAR

İlk "DOST" mərkəzinin 100 günlüyünə həsr olunmuş turnir keçirilib

9 Sentyabr 2019

Paylaş

inner

Bu gün “Boulevard Hotel Baku”-da ilk “DOST” mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “DOST kuboku” uğrunda turnir keçirilib. 

APA-nın məlumatın görə, turnidə müxtəlif dövlət qurumlarını, bankları, KİV-ləri və QHT-ləri təmsil edən, eyni zamanda, könüllü təşkilatlarının nümayəndələrindən, pensiyaçılar və əlilliyi olan şəxslərdən ibarət komandalar iştirak edib.

Tədbirin açılış mərasimdə bildirilib ki, belə turnirinlərin məqsədi Könüllü hərəkatına dəstək, əməkdaşların və könüllü fəaliyyətə cəlb edilən şəxslərin intellektual bacarıqlarının üzə çıxarılması və asudə vaxtlarının səmərəli təşkili, pensiyaçıların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasıdır.

Turnirdə hər birində 6 nəfər olmaqla 50-yə yaxın komanda iştirak edib.

Sonda qaliblər diplom və medallarla təltif olunub.

Qeyd edək ki, “APA Group” komandası yarışda bürünc medal qazanıb.