XƏBƏRLƏR

İran səfiri “APA Group”un qonağı olub

7 Dekabr 2019

Paylaş

inner

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə “APA Group”un qonağı olub.

“APA Group”un baş direktoru Vüsalə Mahirqızı şirkətə daxil olan media qurumlarının fəaliyyəti barədə İran səfirini məlumatlandırıb və C. Cahangirzadəni “APA Group”da görməkdən məmnunluğunu ifadə edib.

C. Cahangirzadə APA informasiya agentliyinin Tehran bürosunun fəaliyyətini yüksək qiymətləndirib.

İran səfiri bildirib ki, Azərbaycan media qurumları arasında APA informasiya agentliyinin özünəməxsus yeri var.

Görüşdə iki ölkənin media qurumları arasında əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb.