XƏBƏR VƏ YENİLİKLƏR

«Apasport» yeniləndi

14 iyn 2022

Paylaş

inner

APA GROUP-a daxil olan apasport.az saytı yenilənib. Ölkəmizin ilk azərbaycandilli idman saytı yeni dizayn və məzmunda oxucuların qarşısına çıxıb.

Azərbaycan mətbuatında ilk dəfə olaraq oyunların onlayn nəticələri idman saytında dərc olunur. Futbolsevərlər, eləcə də bütün idman növlərini sevənlər burada matçları canlı izləyə bilərlər. Hər bir ölkə üzrə turnir cədvəlləri onlayn olaraq yenilənir, apasport.az saytında heç bir yerdə dərc olunmayan statistika ilə tanış ola bilərsiniz.

İşə başladığı ilk gündən dünya və Azərbaycan idmanında baş verən ən mühüm hadisələri oxucularına çatdıran Apasport.az saytı proqnozlaşdırıcılara da kuponlar təqdim edir. Günün Kuponu, Tək Kupon və Ekspres Kupon bizim xüsusi proqnozçular komandamız tərəfindən tərtib edilir. Yaxın vaxtlarda bu işə əcnəbi mütəxəssislərin və fəal proqnozçuların cəlb olunması nəzərdə tutulur.

“Ekspert rəyi”ndə tanınmış futbol mütəxəssislərinin oyunlarla bağlı proqnozları da öz əksini tapıb. Apasport.az saytında həm yerli, həm də əcnəbi mütəxəssislərin qarşılaşmalardan gözləntilərini öyrənə bilərsiniz.

Yaxın vaxtlarda oxucular arasında müsabiqələrin keçirilməsi də nəzərdə tutulur. Bundan əlavə, sizə tez-tez maraqlı videolar təqdim edəcəyik.

Saytda yeni bölmələr də var.

“Ofsayd” bölməsi uzun illər oyundankənar vəziyyətdə olanlara, “Ulduzlar” bölməsi isə dünya şöhrətli idmançıların həyatına həsr olunub.