HAQQIMIZDA

Bu bölmədə si̇z APA GROUP barədə ətrafli məlumat əldə edə bi̇lərsi̇ni̇z.

1. Jurnalist söz və ifadə azadlığına, ictimaiyyətin həqiqəti bilmək hüququna hörmətlə yanaşır. 

2. Jurnalist yalnız fakta əsaslanan məlumatı yaymalı, onu gizlətməməli və ya əldə etdiyi informasiyanı saxtalaşdırmamalıdır. 

3. Jurnalist qeyri-dəqiq və ya yanlış informasiya yaydığını bildiyi andan onu düzəltmək üçün əlindən gələni etməlidir. 

4. Məlumatın mənbəyi məxfi qalmaq istədikdə onun bu hüququnu qorumaq jurnalistin peşə borcudur. 

5. Jurnalist irqi, cinsi, dini, etnik, siyasi və sosial mənşəyə görə ayrı-seçkiliyə yol verməməli, bunun qarşısının alınması üçün səy göstərməlidir. 

6. Aşağıdakılar jurnalist üçün ciddi peşə xətaları hesab olunur: plagiat, böhtan, qərəzli əldə edilmiş informasiyanı yaymaq, yaxud yaymamaq qarşılığında pul almaq, şəxsi həyata müdaxilə. 

7. İctimaiyyətə məlum olmamışdan əvvəl jurnalist əldə etdiyi informasiyanın ədalətsiz və qərəzli olduğunu bilirsə, bu informasiyanı yaymamalıdır. 

8. Müəssisə rəhbərinin icazəsi olmadan qurumun adından təmsilçiliyə, mediada çıxışlara yol verilmir. 

9. Jurnalist mənsub olduğu kollektiv daxilində iş yoldaşlarına hörmətlə yanaşmalı, davranış qaydalarına əməl etməli, işgüzar mühitə xələl gətirən əməllərə yol verməməli, subordinasiya normalarını gözləməlidir. 

“APA GROUP” MMC bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunub. Məqsəd vahid media strukturunun yaradılması, bu struktura daxil olan media qurumlarının operativ, çevik, koordinasiya edilmiş fəaliyyətinə nail olmaqdır.  

Qrupa “Azəri-Press” Agentliyi (APA) MMC, “Lent.az” portalı, “Vesti.az” portalı, “APASport.az” portalı, “Kulis.az” mədəniyyət portalı və “APA TV internet televiziyası daxildir.  

APA GROUP-un əsas fəaliyyət istiqamətləri informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsidir. 

Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb. Şirkət “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir. 

“APA-Group” MMC-nin 2012-ci ildə Etik Kodeksi qəbul edilib.