Apa.az

03 may 2024

Sosyal şəbəkələr

inner

Azəri-Press Agentliyi (APA) 2004-cü ildə yaradılıb (www.apa.az). 

Müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliyidir. 

Agentlik dünyada baş verən önəmli hadisələrlə yanaşı, əsasən, Azərbaycan və Cənubi Qafqazı əhatə edir, “on-line” xəbər xidməti göstərir. 

Agentlik gündəlik xəbərlərlə yanaşı, video görüntülər, bank renkinqləri, həftəlik və aylıq təhlillər, proqnozlar, xüsusi fotobank təqdim edir. 

Şirkətin Türkiyə, Böyük Britaniya, İran, Rusiya, Gürcüstanda, həmçinin Azərbaycanın bütün bölgələrində müxbir postları var. 

Agentlik xəbərlərini Azərbaycan, rus, ingilis dillərində yayımlayır. 

Nüfuzlu araşdırma mərkəzlərinin, diplomatik korpusun sifarişi əsasında şirkətin tanınmış politoloq və mütəxəssislərdən ibarət ekspertlər qrupu tərəfindən təhlillər hazırlanır, monitorinqlər keçirilir. 

Artıq beynəlxalq arenada tanınan və dünyanın aparıcı KİV-inin istinad mənbəyi olan APA regionun ən böyük, etimad qazanmış media şirkətləri sırasındadır. 

Beynəlxalq reytinq cədvəllərinin statistikasına görə, APA Azərbaycanın ən çox istinad edilən və oxunan informasiya agentliklərindəndir. 27 sentyabrdan etibarən başlamış müharibə ilə bağlı (Azərbaycan və Ermənistan arasında) xəbərlərdə Azərbaycan tərəfindən ən çox istinad edilən agentliklərdən biri APA olub. CNN, Aljazira, Ria-Novosti, İnterfax, NTV Rusiya, Türkiyə, İran, Rusiya, Ermənistan KİV-i mütəmadi olaraq APA-nın xəbər, video və foto çəkilişlərindən istifadə ediblər. 

APA İnformasiya Agentliyinin təqdim etdiyi məhsullar: 

Yazılı məlumatlar 

- Azərbaycan, rus, ingilis dilində xəbərlər 

- Hadisə yerindən birbaşa canlı bağlantılar 

- İqtisadi analizlər və təhlillər 

- Region ölkələrindən, o cümlədən İrandan eksklüziv xəbərlər və bağlantılar 

- Region və ölkədəki hadisələr barədə təhlillər və proqnozlar 

- Ölkə rəsmiləri və mütəxəssislərlə müsahibələr 

Foto və video məhsullar 

- Hadisə yerindən foto və video çəkilişlər 

- Partnyorun sifarişi əsasında foto və video çəkilişlərin aparılması 

- Hadisə yerindən canlı bağlantılar, video və foto çəkilişlə dərhal təmin edilməsi 

- Sifariş əsasında studiya çəkilişlərinin aparılması 

- Müsahibə və rəylərin video görüntülü formatda hazırlanması 

- Azərbaycanın bütün bölgələrindən video və foto çəkilişlərlə təmin edilmə 

- Region ölkələrindən video məlumatların çatdırılması