Tariximiz

APA Media Group-un əsası 2004-cü ildə etibarlı, operativ və peşəkar jurnalistika prinsipləri üzərində qoyulmuşdur. Fəaliyyətə xəbər agentliyi kimi başlayan şirkət illər ərzində davamlı inkişaf edərək Azərbaycanın aparıcı media qruplarından birinə çevrilmişdir.

Bu gün APA Media Group xəbər istehsalı ilə yanaşı, foto və video kontent, rəqəmsal media, onlayn televiziya, media monitorinqi, məlumat bazaları, arxiv xidmətləri, analitika və süni intellekt əsaslı həllər istiqamətlərində fəaliyyət göstərir. Şirkət ölkənin ən böyük media arxivlərindən birini formalaşdıraraq minlərlə xəbər, foto və video materialın qorunmasını və istifadəsini təmin edir.

İllər ərzində APA Media Group peşəkar jurnalistikanın inkişafına, yeni media mütəxəssislərinin yetişdirilməsinə və informasiya ekosisteminin gücləndirilməsinə mühüm töhfə vermişdir. Bu gün Azərbaycanın media sahəsində fəaliyyət göstərən çoxsaylı baş redaktorlar, mətbuat xidməti rəhbərləri və tanınmış jurnalistlər peşəkar fəaliyyətlərinə məhz APA-da başlayaraq təcrübə qazanmışlar.

Rəqəmsal transformasiya strategiyasına sadiq qalan APA Media Group bu gün fəaliyyətini Media • Data • AI • Analytics Company konsepsiyası əsasında inkişaf etdirir. Məqsədimiz etibarlı informasiyanı yalnız xəbər kimi deyil, həm də analitik dəyərə malik məlumat, innovativ texnologiya və qlobal tərəfdaşlıqlar üçün etibarlı rəqəmsal məhsul kimi təqdim etməkdir.

Bu gün APA Media Group etibarlılıq, innovasiya və peşəkarlıq prinsiplərinə əsaslanaraq Azərbaycanın media sənayesinin inkişafına töhfə verməyə və beynəlxalq informasiya məkanında ölkəni layiqincə təmsil etməyə davam edir.