Süni İntellekt və Jurnalistika

APA Media Group süni intellekti jurnalistikanın əvəzedicisi deyil, redaksiya proseslərini dəstəkləyən innovativ texnologiya kimi qiymətləndirir. AI alətləri məlumatların emalı, böyük həcmli informasiyanın təhlili, tərcümə, transkripsiya və digər texniki proseslərin sürətləndirilməsində istifadə olunur.

Bununla yanaşı, APA Media Group-da yayımlanan bütün xəbər və media məzmunu peşəkar jurnalistlər və redaktorlar tərəfindən hazırlanır, yoxlanılır və təsdiqlənir. Faktların yoxlanılması, redaksiya qərarları və yayımla bağlı son məsuliyyət hər zaman insan redaksiyasına məxsusdur.

Biz texnologiyanı operativliyi artırmaq, məzmunun keyfiyyətini yüksəltmək və istifadəçilərimizə daha dəqiq, etibarlı və əlçatan informasiya təqdim etmək məqsədilə tətbiq edirik.

Prinsiplərimiz

  • Süni intellekt redaksiya proseslərini dəstəkləyən köməkçi texnologiyadır.
  • ​​​​​​Bütün məzmun peşəkar jurnalist və redaktorların nəzarətindən keçir.
  • Faktların yoxlanılması və redaksiya qərarları yalnız insan tərəfindən həyata keçirilir.
  • AI istifadəsində şəffaflıq, etik prinsiplər və məsuliyyət əsas prioritetlərimizdir.
  • Texnologiyadan istifadənin məqsədi etibarlı jurnalistikanı daha operativ, səmərəli və innovativ etməkdir.