APA Media Group dövlət qurumları, media təşkilatları, beynəlxalq tərəfdaşlar, korporativ müştərilər və rəqəmsal platformalar üçün operativ, etibarlı və çoxdilli xəbər xidmətləri təqdim edir. Geniş redaksiya komandası və müxbir şəbəkəsi vasitəsilə ölkədaxili və beynəlxalq hadisələri real vaxt rejimində izləyərək müxtəlif sahələr üzrə peşəkar informasiya həlləri təqdim edirik.
Operativ Xəbər Xidməti
Siyasət, iqtisadiyyat, biznes, enerji, cəmiyyət, hüquq, təhsil, səhiyyə, texnologiya, mədəniyyət, idman və digər sahələr üzrə 24/7 operativ xəbər axını.
Son Dəqiqə Xəbərləri
Mühüm hadisələrin real vaxt rejimində operativ yayımlanması və fasiləsiz xəbər yenilənməsi.
Çoxdilli Xəbər Xidməti
Xəbərlərin Azərbaycan, ingilis, rus, fransız və fars dillərində hazırlanması, redaktəsi və yayılması.
Regional və Beynəlxalq Xəbərlər
Azərbaycan, Cənubi Qafqaz, Türk dünyası və dünya gündəminin operativ izlənilməsi və peşəkar işıqlandırılması.
Analitik və Eksklüziv Məzmun
Analitik məqalələr, ekspert rəyləri, müsahibələr, araşdırmalar və eksklüziv xəbər materiallarının hazırlanması.
Xəbər Bülletenlərinin Hazırlanması
Dövlət qurumları, şirkətlər, beynəlxalq təşkilatlar və media tərəfdaşları üçün gündəlik, həftəlik, aylıq və sifariş əsasında tematik xəbər bülletenlərinin hazırlanması və təqdim edilməsi.
Fərdiləşdirilmiş Xəbər Axınları
Müştərinin fəaliyyət istiqamətinə uyğun olaraq seçilmiş mövzular üzrə xüsusi xəbər axınlarının hazırlanması və təqdim edilməsi.
Korporativ Media Monitorinqi
Müəyyən mövzu, sektor, şirkət, dövlət qurumu və ya brend üzrə media məzmununun izlənilməsi, təhlili və sistemləşdirilmiş hesabatların hazırlanması.
Redaksiya Xidmətləri
Xəbərlərin hazırlanması, redaktəsi, korrektəsi, lokalizasiyası, tərcüməsi və peşəkar redaksiya dəstəyi.
Arxiv Xidmətləri
APA Media Group-un zəngin xəbər arxivindən məqalələrin və redaksiya materiallarının axtarışı, seçilməsi və təqdim edilməsi.
Tematik Xəbər Paketləri
Enerji, iqtisadiyyat, COP, iqlim, nəqliyyat, müdafiə, texnologiya, idman, mədəniyyət və digər sahələr üzrə xüsusi hazırlanmış xəbər paketləri.
Mətbuat Relizlərinin Hazırlanması və Yayımı
Dövlət qurumları, şirkətlər və təşkilatlar üçün mətbuat relizlərinin peşəkar redaktəsi, hazırlanması və media kanalları vasitəsilə yayılması.
Xüsusi Redaksiya Layihələri
Forumlar, sammitlər, beynəlxalq tədbirlər, dövlət proqramları və korporativ layihələr üçün xüsusi xəbər istehsalı və redaksiya dəstəyi.
Xəbər API və Data Feeds (İnteqrasiya Həlləri)
Media qurumları, rəqəmsal platformalar və korporativ tərəfdaşlar üçün strukturlaşdırılmış xəbər axınlarının API və digər texniki inteqrasiya həlləri vasitəsilə təqdim edilməsi.
APA Media Group operativ xəbər istehsalını peşəkar jurnalistika, çoxdilli redaksiya imkanları, geniş müxbir şəbəkəsi və zəngin media arxivi ilə birləşdirərək dövlət qurumları, media təşkilatları, biznes strukturları və beynəlxalq tərəfdaşlar üçün etibarlı informasiya həlləri təqdim edir.